DOST Agentliyinin “Könüllü DOST” proqramının “İrsimizi yaşadaq!” layihəsi həyata keçirilib.
Vətən Müharibəsi şəhidlərinin övladlarını əhatə edən layihə Balaxanı və Qala qəsəbələrində baş tutub. Şəhid övladları Könüllü DOSTlarımızın dəstəyilə qədim “Dulusçuluq” və “Qurama” sənətləri ilə bağlı master klasslara cəlb olunub, adıçəkilən qəsəbələrin tarixi, memarlığı, qədim sənət nümunələri ilə bağlı ekskursiyada iştirak ediblər.
Məqsəd unudulmaqda olan incəsənət növlərinin gələcək nəsillərə ötürülməsi, Şəhid övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi, o cümlədən, bir sıra tarixi məkanlar haqqında ilkin təəssüratın formalaşdırılmasıdır.
Qeyd edək ki, layihənin müəllifi Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə elan edilən “Könüllü Təşəbbüslər” qrant müsabiqəsinin qalibi, “İlin Könüllüsü” Ümüd Abbaszadədir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi