DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “Kibertəhlükəsizlik, rəqəmsal transformasiyaya keçid və innovativ texnologiyaların tətbiqi” mövzusuna həsr olunmuş “CEO MEET UP”da iştirak edib. “Caspian Energy Club”-un təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının həmtəşkilatçılığı ilə keçirilən tədbirin məqsədi rəqəmsal transformasiya dövründə kibertəhlükəsizliyin əhəmiyyəti, rəqəmsal transformasiyaya keçid və innovativ texnologiyaların tətbiqidir.
Tədbirdə spiker qismində çıxış edən DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirin əhəmiyyətini qeyd edib, təmsil etdiyi qurumun sosial xidmətlərdə innovasiyaların tətbiqindən danışıb. Bildirib ki, indiyədək sosial xidmətlərin elektronlaşdırılması sahəsində böyük addımlar atılıb və bu proses davam etdirilir.
Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müşaviri Teymur Cəfərov, Asiya İnkişaf Bankının İnvestisiyalar üzrə baş inzibatçı Sənan Şabanov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Elvin Balacanov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Şöbə Müdiri Nadir Novruzov, İnterprobe-un CEO Mahir Yüksel və IT Grup SRL AR brunch-ın CEO-su Araz Eyyubov spiker qismində, AzerTelecom MMC-nin Direktorlar Şurasının Sədri Fuad Allahverdiyev çıxış ediblər. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədr müavini Rauf Cabarov isə tədbirin moderatoru olub.
Sonda “Caspian Energy Club” tərəfindən qonaqlarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan təşkilatın əsas məqsədi fəaliyyət göstərdiyi ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi