Özbəkistan nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub

17 dekabr 2022, 09:35
A+ A-
Özbəkistan nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub

Özbəkistan Elektron Hökumət Layihələrinin İdarəetmə Mərkəzinin direktoru Əziz Muhiddinovun rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.

Qonaqlara əvvəlcə mərkəzin fəaliyyəti, xidmət bölmələri barədə məlumat verilib. DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.

Daha sonra keçirilən görüşdə Özbəkistan nümayəndə heyətinə DOST Agentliyi haqqında geniş təqdimat nümayiş etdirilib. Təqdimatda DOST konsepsiyasında yeni texnologiyaların tətbiqi, xidmətlərin elektronlaşdırılması, "Könüllü DOST" proqramı, həmçinin Agentliyin inkişaf perspektivləri istiqamətində məlumatlar öz əksini tapıb.

Qonaqlar da Özbəkistan Elektron Hökumət Portalı haqqında təqdimatla çıxış ediblər.

Görüşdə həmçinin qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi