DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib

29 dekabr 2022, 17:24
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

Maliyyə və mühasibatlıq departamentinin müdiri Həsən Babayev və Satınalmalar və təminat departamentinin müdirinin vəzifə səlahiyyətlərini müvəqqəti icra edən, müdir müavini İlqar Mehdiyev DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məlumatlandırma xarakterli hesabat təqdim ediblər.

İdarə Heyətinin üzvləri təqdimatlar barədə fikirlərini bildirib, öz təkliflərini veriblər. İclasda həmçinin digər təşkilati və inzibati məsələlərlə bağlı müzakirələr aparılıb.

İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlarını verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi