Asan Aç

“DOST” mərkəzlərində göstərilən xidmətlərin sayı artırıldı

12 yanvar 2023, 14:07
A+ A-
“DOST” mərkəzlərində göstərilən xidmətlərin sayı artırıldı

“DOST” mərkəzlərində göstərilən xidmətlərin sayı artırılıb. Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktlarına əsasən, yeni müavinət növü təsis olunub və “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə edilib. Bu müavinət işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi əsasında işləyən mütəxəssislərə şamil edilir. Belə ki, peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən mütəxəssislər 600 manat məbləğində birdəfəlik müavinət alacaqlar.

Bundan əlavə, azad edilmiş ərazilərdə çalışan həmin şəxslərə hər il 5 gün əlavə məzuniyyət veriləcək, həmçinin aylıq vəzifə maaşlarına əlavələr hesablanacaq.

Məqsəd işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, onlar üçün bir sıra güzəştləri nəzərdə tutan dəstək paketinin tətbiqi, bu ərazilərdə əmək resurslarının səmərəli idarə olunmasıdır.

Yeni qanunvericilik aktlarına əsasən, Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunub. Bu anlayışa peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər aid edilib.

Beləliklə, Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktlarına əsasən, DOST mərkəzlərində göstərilən xidmətlərin sayı 154-ə yüksəlib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi