DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

12 yanvar 2023, 18:06
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.

Onlayn formatda baş tutan görüşdə “DOST” mərkəzlərinin fəaliyyəti və Agentliyin gündəliyində olan digər məsələlər müzakirə olunub.

İclasda DOST Xidmətləri departamentinin Səyyar və sosial xidmətlər şöbəsinin aparıcı mütəxəssisi Könül Hüseynova “DOST” mərkəzlərinin 2022-ci ilin dekabr ayı üzrə fəaliyyətinin yekunlarına dair hesabat təqdim edib.

Hesabatla bağlı İdarə Heyətinin üzvləri öz fikirlərini bildiriblər.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan məsələlər barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi