DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın 85 illiyini qeyd ediblər

1 fevral 2023, 11:34
A+ A-
DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın 85 illiyini qeyd ediblər

1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən ahıl vətəndaşın 85 illik yubileyini onunla birlikdə qeyd ediblər. Coğrafiya üzrə fəlsəfə doktoru, 78 elmi əsərin müəllifi olan Aydın Səfərovu evində ziyarət edən DOST əməkdaşları onu təbrik edib, Agentliyin rəhbərliyi və bütün kollektivi adından ən xoş arzularını çatdırıblar. Həmçinin DOST əməkdaşı tərəfindən çəkilən portret hədiyyə olaraq vətəndaşa təqdim edilib.

Ziyarətdən məmnun qalan Aydın Səfərov ona göstərilən diqqətə görə DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkür edib.

Yasamal rayonu sakini olan Aydın Səfərova 2019-ci ildən etibarən 1 saylı Bakı DOST Mərkəzi tərəfindən sosial xidmət göstərilir. Mərkəzin sosial xidmətçiləri tərəfindən vətəndaşa yemək hazırlanması, zəruri ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər təqdim edilir.

Qeyd edək ki, DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi