Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib

10 fevral 2023, 12:59
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

DOST Xidmətləri departamentinin Xidmətlərin monitorinqi şöbəsinin müdiri Natiq Qaçayev “DOST mərkəzlərinin texnoloji avadanlıqlar ilə təminatı üzrə normativlərə dair Prosedur”, “DOST mərkəzləri tərəfindən evdə (səyyar) sosial xidmətlərin göstərilməsinə dair Prosedur” və “DOST mərkəzlərinin sosial xidmətçilərinin fəaliyyətinə dair Prosedur”un təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib.

Hüquq departamentinin müdir müavini Aydan Salıfova “İnteqrəedilmiş Menecment Sistemi (İMS) və hüquqi aktların icrasına nəzarət proseduru”, həmçinin Agentliyin bəzi departamentlərinin Əsasnamələrinin təsdiq edilməsi üçün məruzə edib.

DOST Xidmətləri departamentinin Sosial müdafiə üzrə xidmətlərin təşkili şöbəsinin aparıcı mütəxəssisi Nail Məmmədov “DOST” mərkəzlərinin 2023-cü ilin yanvar ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabat təqdim edib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi