Asan Aç

Nazir Sahil Babayev Qusar rayonunda vətəndaşları qəbul edib

24 fevral 2023, 15:38
A+ A-
Nazir Sahil Babayev Qusar rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qusar rayonunda Qusar və Quba rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Vətəndaşlar aktiv məşğulluq proqramlarına cəlb olunmaq, ünvanlı sosial yardım, pensiya hüquqlarının müəyyən olunması, əlillik və reabilitasiya, mənzillə  təminat və s. məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə əsasən tədbirlər görülüb. Sorğu xarakterli müraciətlər edən vətəndaşlara müvafiq mövzularda ətraflı izahatlar verilib.

Müraciətləri nəzərə alınaraq sakinlər aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına cəlb olunmaları, reabilitasiya xidmətləri ilə əhatə olunmaları və s. məqsədilə qeydiyyata alınıblar.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi