Ağalı kəndində doğulan ilk körpənin valideyninə həmin kənddəki “Smart DOST” vasitəsilə xidmət göstərildi

1 mart 2023, 12:47
A+ A-
Ağalı kəndində doğulan ilk körpənin valideyninə həmin  kənddəki “Smart DOST” vasitəsilə xidmət göstərildi

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində dünyaya gələn ilk körpənin valideyninə proaktiv olaraq uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Ağalı kəndindəki “Smart DOST” məntəqəsində yeni doğulan Zeynallı Turanın valideyninə bununla bağlı müvafiq xidmət göstərilib.

Həmçinin ona kənddə yerləşən müvafiq bank filialından 500 manat məbləğində müavinəti ala biləcəyi qeyd olunub.

Uşağın atası Teymur Zeynalov Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətində çalışır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi