Evdə sosial xidmət alan vətəndaşlar tamaşa izlədilər

13 mart 2023, 20:10
A+ A-
Evdə sosial xidmət alan vətəndaşlar tamaşa izlədilər

DOST mərkəzinin əməkdaşları 10 mart - Milli Teatr Günü münasibətilə evdə (səyyar) sosial xidmət göstərilən tənha ahıl və əlilliyi olan vətəndaşlarla birlikdə Akademik Milli Dram Teatrında keçirilən tədbirdə iştirak ediblər.

4 saylı Bakı DOST Mərkəzinin Səyyar xidmətlərin təşkili şöbəsinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanda peşəkar milli teatrının yaranması, keçdiyi inkişaf yolu barədə məlumat verilib. Daha sonra Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib.

Qeyd edək ki, DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi