“DOST to DOST” layihəsi yenidən start götürdü

6 aprel 2023, 11:17
A+ A-
“DOST to DOST” layihəsi yenidən start götürdü

DOST Agentliyinin “Könüllü DOST” proqramının “DOST to DOST” (D2D) layihəsi yenidən işə düşüb. Layihə çərçivəsində könüllülər üçün “Debat – Vətəndaş cəmiyyətində” adlı təlim paketinə start verilib.

“Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin Milli Debat Proqramının tərəfdaşlığı, “Könüllü DOST” proqramının təşkilatçılığı ilə keçirilən təlimin ilk günündə “Debat nədir?” mövzusunda seminar təşkil olunub. DVC-nin sədri, prezident təqaüdçüsü Ülviyyə Axundova tərəfindən keçirilən seminarda könüllülərə təlim proqramı ilə bağlı ətraflı məlumat verilib.

Təlim paketi çərçivəsində spiker təlimləri, komanda işi və təlimin effektivliyinin öyrənilməsi, o cümlədən, könüllülərin natiqlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə simulyasiyalar keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “DOST to DOST” təlim proqramının həyata keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına dəstək olmaq, həmçinin onların asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etməkdir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi