BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirilib

7 aprel 2023, 16:57
A+ A-
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirilib

DOST Agentliyinin nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) Sosial elmlər və psixologiya fakültəsinin professor-müəllim heyəti və magistrantları ilə görüş keçirib. Görüş tərəflər arasında imzalanmış anlaşma memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planı çərçivəsində baş tutub.

Tədbirdə DOST Agentliyinin Hüquq departamentinin müdiri Azər Rəhimov, DOST Xidmətləri departamentinin müdiri Aygün Musayeva və İnsan resurslarının idarə edilməsi departamentinin müdiri Leyla Hüseynova universitetin müəllim və tələbə heyəti üçün Agentliyin fəaliyyəti haqqında məlumatlandırıcı təqdimatla çıxış ediblər.

Görüşdə, həmçinin DOST xidmətləri, təhlil, könüllülük, İT və hüquqi aspektlər, proseslərin real rejimdə icrası, eləcə də DOST Agentliyi və BDU arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi