DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

12 aprel 2023, 11:07
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

Daxili nəzarət və audit departamentinin Daxili audit şöbəsinin müdiri Vəfa Mamedova “Video (kamera) nəzarət və təhlükəsizlik avadanlıqlarına dair Prosedur”u təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib. Hüquq departamentinin müdir müavini Aydan Salıfova “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində xidməti geyim forma və əşyalarına dair Prosedur”un təsdiq edilməsi ilə bağlı məruzə ilə çıxış edib. İnsan resurslarının idarə edilməsi departamentinin müdiri Leyla Hüseynova “İşə yeni qəbul edilmiş işçilərin adaptasiyasına dair Prosedur”u, “Əməkdaşların vəzifədə irəli çəkilməyinə dair Prosedur”u və hər bir vəzifə üzrə “Vəzifə təlimatı forması”nı təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib.

Daha sonra DOST Xidmətləri departamentinin Əmək və məşğulluq xidmətlərin təşkili şöbəsinin aparıcı mütəxəssisi Tünzalə Hüseynova “DOST” mərkəzlərinin 2023-cü ilin mart ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabatla çıxış edib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi