Könüllülər üçün“Əmək hüquqları” mövzusunda növbəti təlim keçirilib

17 aprel 2023, 15:54
A+ A-
Könüllülər üçün“Əmək hüquqları” mövzusunda növbəti təlim keçirilib

“DOST to DOST” (D2D) layihəsinin “Əmək hüquqları” adlı təlim proqramı çərçivəsində növbəti seminar keçirilib.

Proqram çərçivəsində keçirilən ikinci təlim DƏMX-in əməkdaşı Günel Baxşıyeva tərəfindən "Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatlar. Analığın mühafizəsi" mövzusunda təşkil olunub. İnteraktiv formada təşkil edilən təlimdə çıxış təqdimat və video-çarxlar vasitəsilə könüllülərə təqdim olub.

Proqram çərçivəsində könüllülərə "Məzuniyyət hüququ və onun təmin edilməsi", "Əmək münasibətləri sahəsində risklərin idarə edilməsi”, “Uşaqların əmək hüquqları”, “Əməyin mühafizəsi nədir və nə üçün lazımlıdır?" mövzularında interaktiv təlimlərin keçirilməsi planlaşdırılır.

Təlimlərin yekununda əməyin mühafizəsi və təhlükəsizliyinin təmini sahəsində nümunəvi olan müəssisələrdən birinə info-turun təşkili nəzərdə tutulur.
Qeyd edək ki, “Əmək hüquqları” adlı təlim proqramı Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) tərəfdaşlığı, “Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilir. “DOST to DOST” layihəsinin həyata keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına dəstək olmaq, həmçinin onların asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etməkdir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi