Asan Aç

Məişət zorakılığına qarşı mübarizəyə dair maarifləndirmə tədbirlərinə DOST könüllüləri də qoşulub

12 may 2023, 17:55
A+ A-
Məişət zorakılığına qarşı mübarizəyə dair maarifləndirmə tədbirlərinə DOST könüllüləri də qoşulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məişət zorakılığına YOX deyək!” adlı maarifləndirici buklet hazırlanaraq, DOST könüllülərinin iştirakı ilə DOST mərkəzlərində vətəndaşlara paylanıb.

Buklet Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən məişət zorakılığı ilə mübarizə sahəsində mütəmadi maarifləndirmə tədbirləri çərçivəsində hazırlanıb.

Bukletdə məişət zorakılığı, onun növləri, məişət zorakılığı baş verdiyi halda müraciət edilməli əlaqə vasitələri, məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən dəstək yönümlü xidmətlər barədə məlumatlar əksini tapıb.

Qeyd edək ki, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 2021-ci ildə yaradılan Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi belə şəxslər üçün etimad ünvanıdır. Burada reabilitasiya olunan şəxslər müasir standartlara uyğun şəraitdə və fərdi iş planı üzrə sosial xidmətlərlə, sosial-hüquqi və psixoloji dəstəklə əhatə olunurlar.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi