Asan Aç

Autizm sindromlu gənclər üçün Bakı Dövlət Universitetində infotur təşkil olunub

15 may 2023, 17:17
A+ A-
Autizm sindromlu gənclər üçün Bakı Dövlət Universitetində infotur təşkil olunub

“Autizmli gənclərin cəmiyyətə inteqrasiyası” proqramı çərçivəsində autizm sindromlu gənclər üçün Bakı Dövlət Universitetində (BDU) infotur təşkil olunub.

İnfotur iştirakçıları universitetin tarixi, tədris prosesi, uğurları barədə ətraflı məlumat əldə edib, həmçinin Təkamül Muzeyi ilə yaxından tanış olublar. Daha sonra autizm sindromlu gənclər Könüllü DOSTlar və BDU Könüllüləri ilə birlikdə universitetin həyətində futbol oynayıblar.

İnfotur DOST Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış anlaşma memorandumunun icrası üzrə birgə fəaliyyət planının "Sosial məsuliyyətlilik çərçivəsində BDU tələbələri və DOST könüllülərinin birgə sosial tədbirlərinin həata keçirilməsi" bəndinə əsasən həyata keçirilib.

Qeyd edək ki, “Autizmli gənclərin cəmiyyətə inteqrasiyası” proqramı DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı ilə Beynəlxalq Autizm Maarifləndirmə ayı çərçivəsində həyata keçirilir. “Birgə və Sağlam” İctimai Birliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi autizm sindromlu gənclərin cəmiyyətə inteqrasiyasına, o cümlədən, onların asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaqdır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi