Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda DOST Xidmətləri departamentinin Sosial müdafiə üzrə xidmətlərin təşkili şöbəsinin mütəxəssisi Orxan Hüseynov “DOST” mərkəzlərinin 2023-cü ilin aprel ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabatla çıxış edib.
Hesabatla bağlı İdarə Heyətinin üzvləri öz fikirlərini bölüşüblər.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi