Asan Aç

DOST əməkdaşlarının övladları valideynlərinin iş yerlərini ziyarət etdi

1 iyun 2023, 16:57
A+ A-
DOST əməkdaşlarının övladları valideynlərinin iş yerlərini ziyarət etdi

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "DOST-la bir gün" adlı tədbir keçirilib.

DOST Agentliyi və 4 saylı Bakı DOST Mərkəzində baş tutan bayram tədbirində əməkdaşların övladları ilə yanaşı daun sindromlu uşaqlar da iştirak edib.

Bayram tədbiri balaca dostlarımızın bina ilə tanışlığı ilə başlayıb. Daha sonra müxtəlif qrup oyunları keçirilib. Tədbir çərçivəsində uşaqlar üçün nahar fasiləsi və əyləncəli proqram təşkil olunub.

Eyni zamanda uşaqlar DOST Mərkəzində könüllü fəaliyyətinə cəlb olunub. Onlar könüllülərin işi tanış olub, vətəndaşlara xidmət göstərilməsində "Gənc DOST"lara yardım ediblər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi