“Könüllü DOST” proqramının “Autizmli gənclərin cəmiyyətə inteqrasiyası” layihəsinin bağlanış mərasimi keçirilib

22 iyun 2023, 12:26
A+ A-
“Könüllü DOST” proqramının “Autizmli gənclərin cəmiyyətə inteqrasiyası”  layihəsinin bağlanış mərasimi  keçirilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində DOST Agentliyinin “Könüllü DOST” proqramının “Autizmli gənclərin cəmiyyətə inteqrasiyası” layihəsinin bağlanış mərasimi keçirilib.

“Birgə və Sağlam” İctimai Birliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə baş tutan tədbirin məqsədi autizm sindromlu gənclərin cəmiyyətə inteqrasiyasına, o cümlədən, onların asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaqdır.

Tədbirdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev, Azərbaycan Autizm Asossiasiyasının vitse-prezidenti, millət vəkili Jalə Əhmədova, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və başqaları iştirak edib.

İştirakçılar autizm sindromlu şəxslərin, o cümlədən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefsiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar. “Autizmli gənclərin cəmiyyətə inteqrasiyası” layihəsinə dair hesabat videosu təqdim edilib.

Tədbirdə layihə barədə məlumat verilib. Qeyd olunub ki, Beynəlxalq Autizm Maarifləndirmə ayı çərçivəsində keçirilən layihədə bir ay ərzində müxtəlif maarifləndirici tədbirlər həyata keçirilib, mədəni ekskursiyalar təşkil olunub.

Digər çıxış edənlər bu cür layihələri yüksək qiymətləndiriblər. Bağlanış mərasimi bədii hissə ilə davam edib. Autizm sindromlu şəxslər, Mərkəzin benefsiarları və “Könüllü DOST” proqramı üzvlərinin ifasında konsert proqramı təqdim olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi