Asan Aç

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən minifutbol çempionatı başa çatıb

25 iyun 2023, 14:18
A+ A-
Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən minifutbol çempionatı başa çatıb

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minifutbol çempionatı başa çatıb. Nazirliyin Aparatı və Nazirliyə tabeli qurumlarından ibarət 12 komandanın iştirak etdiyi turnirdə DOST Agentliyi uğurlu nəticə ilə yadda qalıb. Qrup oyunlarında və yarımfinal mərhələsində rəqiblərini məğlub edən komandamız finala kimi yüksəlməyi bacarıb. Final görüşündə Sosial Xidmətlər Agentliyinə 4-2 hesabı ilə məğlub olan DOST turniri 2-ci yerdə bitirib.

3-cü yer uğrunda keçirilən görüşdə isə DOST RİM-ə 4-0 hesabı ilə qalib gələn DSMF bürünc mükafatçı olub.

Mükafatlandırma mərasimində iştirak edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qaliblərə medal və kuboku təqdim edib.

 

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən minifutbol çempionatı başa çatıb
Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən minifutbol çempionatı başa çatıb
Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən minifutbol çempionatı başa çatıb
Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən minifutbol çempionatı başa çatıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi