Asan Aç

Bir qrup imtiyazlı şəxsə sanatoriya-kurort putyovkaları təqdim olunub

4 iyul 2023, 14:35
A+ A-
Bir qrup imtiyazlı şəxsə sanatoriya-kurort putyovkaları təqdim olunub

5 saylı Bakı DOST Mərkəzində bir qrup imtiyazlı şəxsə sanatoriya-kurort putyovkaları (yollayışları) təqdim olunub.

Sosial Xidmətlər Agentliyi ilə birgə keçirilən tədbirdə Bakı şəhərinin Xətai və Nəsimi rayonlarında qeydiyyatda olan 14 nəfər vətəndaş “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” sanatoriyası üzrə sanatoriya-kurort putyovkaları ilə təmin olunublar.

Sanatoriya-kurort putyovkaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq işləməyən əlilliyi olan şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar, İkinci Dünya Müharibəsi iştirakçıları, şəhid ailəsi statusu almış ailənin üzvü olan işləməyən şəxslər, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsində iştirak etmiş işləməyən vətəndaşlar, qəyyumun (himayəçinin) ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və fövqəladə hallarda insanların xilas edilməsində və tibb yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında verilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi