DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
DOST Çağrı Mərkəzi 142-nin direktor müavini Bəxtiyar Məmmədov 2023-cü ilin 8 ayı ərzində Çağrı Mərkəzi 142-nin fəaliyyəti ilə bağlı görülmüş işlərə dair hesabat təqdim edib.
DOST Xidmətləri departamentinin Əmək və məşğulluq xidmətlərinin təşkili şöbəsinin aparıcı mütəxəssisi Tünzalə Hüseynova “DOST” mərkəzlərinin 2023-cü ilin avqust ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabatla çıxış edib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi