5 saylı Bakı DOST Mərkəzinin direktoru Ruslan Mirzəliyev “Şərq Tərəfdaşlığı ölkələrində dövlət idarəçiliyi sahəsində islahatlar” mövzusunda keçirilən tədbirdə iştirak edib. 27-28 sentyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən tədbir Avropa İttifaqının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İdarəçiliyin İnkişafına Dəstək Proqramının (SIGMA) və Gürcüstan hökumətinin təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarını təmsil edən nümayəndə heyətinin tərkibinə 5 saylı Bakı DOST Mərəzinin direktoru Ruslan Mirzəliyev də daxil olub.
Tədbirin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində dövlət idarəçiliyi sahəsində ölkələr tərəfindən aparılan islahatlar barədə məlumatlılığı artırmaq və bu sahədə qabaqcıl təcrübələr haqqında fikir mübadiləsini həyata keçirməkdir.
Tədbir çərçivəsində ölkədə aparılmış islahatlar, onların prinsip və məqsədləri barədə məlumat verilib, həmçinin dövlət xidmətlərinin çatdırılması sahəsində qabaqcıl təcrübə olan “ASAN xidmət” və “DOST” konsepsiyaları geniş şəkildə təqdim edilib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi