Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib

5 oktyabr 2023, 17:17
A+ A-
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş baş tutub.

Tədbirdə DOST Agentliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında Anlaşma memorandumuna əsasən əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi komissiyası ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyət haqqında müzakirələr aparılıb.

Görüşdə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi Komissiyası tərəfindən Azərbaycan Banklar Assosiasiyasına təqdim edilən təkliflər paketi müzakirə olunub, həmçinin Tədbirlər Planı çərçivəsində fəaliyyətin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı öz rəy və təkliflərini səsləndiriblər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi