Latviya Respublikasından gələn nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub. Xarici qonaqların ölkəmizə səfəri Azərbaycan Dövlət Məşğulluq Agentliyi və Latviya Respublikasının Rifah Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi arasında imzalanmış “Fəaliyyət Planı” çərçivəsində baş tutub. Tədbirdə Latviya Dövlət Məşğulluq Agentliyinin direktor müavinləri Kristine Stasane və Ervins Abele və Məşğulluq departamentinin direktoru Pavels Belisovs iştirak ediblər.
Qonaqlar 1 saylı Bakı DOST Mərkəzi ilə tanış olduqdan sonra DOST Agentliyinin rəhbər heyəti ilə görüşüblər. Onlara DOST konsepsiyasına dair təqdimat göstərilib. DOST mərkəzlərində ötən dövrdə 1,8 milyona yaxın vətəndaşa xidmət göstərildiyi qeyd olunub. DOST konsepsiyasının beynəlxalq uğurları barədə qonaqlara məlumat verilib.
Latviya nümayəndə heyəti ikitərəfli əlaqələrin inkişafından məmnunluqlarını ifadə edib, sosial sahədə islahatlar prosesində əməkdaşlığın genişlənməsinin önəmini vurğulayıblar.
Görüşdə tərəflər arasında sosial sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi