Xorvatiyanın ədliyyə və dövlət idarəçiliyi naziri DOST Agentliyində olub

1 noyabr 2023, 10:12
A+ A-
Xorvatiyanın ədliyyə və dövlət idarəçiliyi naziri DOST Agentliyində olub
Xorvatiya Respublikası ədliyyə və dövlət idarəçiliyi naziri İvan Malenitsa DOST Agentliyində olub. Rəsmi qonağı Xorvatiyanın Ədliyyə nazirliyinin kabinet rəhbəri İvan Dodiq, eləcə də Strateji inkişaf və layihələr üzrə müstəqil sektorun müdiri İvan Lakoş da müşayiət ediblər.
 
Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən yaradılan e-xidmət - Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng (“ƏN TEZ”) xidməti ilə tanış olublar.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqlara ölkəmizdə son illər aparılan sosial islahatlar və əldə olunan uğurlar, DOST konsepsiyası, sosial sahədə rəqəmsal nailiyyətlər barədə məlumat verib. DOST mərkəzlərində sosial sahələr üzrə 159 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğuna uyğun xidmətlər göstərildiyini qeyd edib. Agentliyin beynəlxalq uğurları, digər bir sıra ölkələrin də DOST təcrübəsini tətbiq etməkdə maraqlı olduğu diqqətə çatdırılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi