Çağrı Mərkəzinin əməkdaşları üçün təlim keçirilib

15 noyabr 2023, 12:20
A+ A-
Çağrı Mərkəzinin əməkdaşları üçün təlim keçirilib

DOST Çağrı Mərkəzi 142-nin əməkdaşları üçün “Peşə hazırlığının təşkili prosesi” adlı təlim keçirilib. Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamenti tərəfindən təşkil olunan təlimdə əməkdaşlara peşə hazırlığının təşkili sahəsində aparılan işlərlə bağlı məlumat verilib, bu sahədə tətbiq edilən yeniliklərdən söz açılıb.

Təlimdə iştirakçılarla mövzu ilə bağlı müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, DOST Agentliyinin əməkdaşları üçün mütəmadi olaraq müxtəlif təlimlər keçirilir. Məqsəd əməkdaşların təlim ehtiyaclarının qarşılanması, həmçinin onların bilik və bacarıqlarının artırılmasıdır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi