Moldovalı nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində

16 noyabr 2023, 17:35
A+ A-
Moldovalı nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində

Moldova Respublikasının nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub.

Qonaqlar əhaliyə göstərilən xidmətlərlə tanış olub, mərkəzin iş prinsipi, xidmət sahələri ilə bağlı yeniliklər barədə məlumatlandırılıblar. Qeyd olunub ki, mərkəzdə vətəndaşlara “bir pəncərə”dən əmək və məşğulluq, sosial təminat, əlillik, pensiya, sosial sığorta və s. üzrə 159 növ xidmət göstərilir.

Qeyd edək ki, Moldova Respublikasının Sosial Sığorta üzrə Milli Kassanın direktoru Yelena Tibirnanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. 13-18 noyabr tarixlərini əhatə edən səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüş və tədbirlərdə iştirakı da nəzərdə tutulub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi