DOST konsepsiyasının Moldovada tətbiqi ilə bağlı praktiki işlərə başlanacaq

20 noyabr 2023, 09:56
A+ A-
DOST konsepsiyasının Moldovada tətbiqi ilə bağlı praktiki işlərə başlanacaq
Yaxın vaxtlarda Moldova Respublikasında DOST konsepsiyasına uyğun modelin tətbiqinə başlanacaq. Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ölkəmizdə səfərdə olan Moldova nümayəndə heyəti ilə keçirilən yekun görüşdə bildirib.
 
Tədbirdə Moldova Respublikası üçün uyğunlaşdırılmış DOST konsepsiyası təqdim olunub. Moldovanın Sosial Sığorta üzrə Milli Kassanın direktoru Yelena Tibirna DOST konsepsiyasının tətbiqi ilə bağlı tezliklə ölkəsində praktiki işlərə başlanılacağını bildirib. Buna binaların xidmətyönümlü olması, rəqəmsallaşdırılma, kadr seçimi və s. məsələlər daxildir.
 
Görüşdə həmçinin DOST Agentliyinin mütəxəssislərinin Moldovaya ezam olunması, praktiki işlərin yerinə yetirilməsi ilə bağlı moldovalı həmkarlara yerində dəstək göstərilməsi qərara alınıb.
Tədbirin sonunda Azərbaycana səfəri başa çatan Moldova nümayəndə heyətinə xatirə hədiyyələri təqdim olunub.
 
Qeyd edək ki, 13-18 noyabr tarixlərini əhatə edən səfər çərçivəsində Moldova nümayəndə heyəti ilə bir sıra görüş və tədbirlər təşkil olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi