DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

24 noyabr 2023, 12:57
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

Agentliyin Hüquq departamentinin müdir müavini Aydan Salıfova "Daxili aktların hazırlanmasına dair prosedur"un yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib.

Maliyyə və mühasibatlıq departamentinin Uçotun təşkili şöbəsinin müdiri Arif Ataxanlı "Uçotun təşkili, maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsinə dair prosedur"un təsdiq edilməsi ilə bağlı məruzə ilə çıxış edib.

Maliyyə və mühasibatlıq departamentinin Təhlil şöbəsinin aparıcı mütəxəssisi Nərminə Kamal, eləcə də Satınalmalar və təminat departamentinin Satınalmalar şöbəsinin baş mütəxəssisi Nurlan Namazlı DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar təqdim ediblər.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi