Bu ilin yanvar-noyabr aylarında DOST mərkəzlərində 642 min vətəndaşa xidmət göstərilib.
DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 97,7 faiz təşkil edib.
DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olaraq bu il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST mərkəzinin açılışı olub. Beləliklə, DOST mərkəzlərinin sayı 7-ə çatıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.
“Könüllü DOST” proqramına isə bu ilin 11 ayında 22,7 minə yaxın müraciət olub və proqrama daha 1352 nəfər cəlb edilib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi