Asan Aç

Beynəlxalq Sosial Təminat Assosiasiyasının saytında DOST konsepsiyasının innovativ uğurlarından bəhs olunub

12 yanvar 2024, 14:11
A+ A-
Beynəlxalq Sosial Təminat Assosiasiyasının saytında DOST konsepsiyasının innovativ uğurlarından bəhs olunub

Dünyanın 160-dan çox ölkəsinin sosial sahə üzrə qurumlarını özündə birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) saytında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovla müsahibə dərc olunub. https://www.issa.int/news/journey-towards-issa-membership

Müsahibədə DOST konsepsiyasının əmək, məşğulluq, sosial müdafiə sahələrində 159 xidməti şəffaflıq, sadələşdirmə və rəqəmsallaşma prinsipləri əsasında “bir pəncərə”dən təqdim etməyə imkan yaratdığı, bu konsepsiyanın nailiyyətləri qeyd olunub. Azərbaycanda sosial sahə 159 xidmətdən 140-nın tam rəqəmsallaşdırıldığı diqqətə çatdırılıb.

Agentliyin fəaliyyəti barədə suallar cavablandırılıb. DOST mərkəzlərində “bir pəncərə” prinsipi ilə göstərilən xidmətlər, DOST Çağrı Mərkəzi 142, xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib. Hazırda 7 DOST mərkəzinin olduğu, 2025-ci ilin sonuna qədər 17 regional mərkəz və 55 yerli filialın açılmasının nəzərdə tutulduğu qeyd olunub. 

Ötən il DOST Agentliyinin BSTA-nın Tanınma proqramında iştirak etdiyi, BSTA-nın üzvü olan DOST Agentliyi üçün bu mötəbər beynəlxalq qurumla fəal əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Agentlik üçün BSTA-nın dialoq, təcrübə mübadilələri və sosial müdafiə məsələləri üzrə yeni biliklərin formalaşdırılması üçün platforma hesab edildiyi, birbaşa üzvlüyün BSTA-nın məhsul və xidmətləri ilə daha yaxından tanış olmaq, onlardan daha çox faydalanmaq imkanı verdiyi bildirilib. 

DOST Agentliyinin gələcək planları barədə də məlumat verilib, həmçinin bu il keçiriləcək Avropa Regional Sosial Təminat Forumunun önəmi diqqətə çatdırılıb.

Qeyd edək ki, DOST Agentliyi ötən ilin yanvar ayında BSTA-ya üzv qəbul olunub. Fəaliyyətə başladığı dövrdən Agentlik Assosiasiyanın 3 mükafatı və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı və s. ilə təltif olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi