Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

31 yanvar 2024, 17:43
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə gündəlikdə olan məsələlər müzakirə olunub.

İclasda “Keyfiyyətin idarə edilməsi - 2024-cü il üzrə Fəaliyyət planı” mövzusunda təqdimat edilib. Həmçinin “Daxil olan sənəd və müraciətlərin idarə olunması”, “DOST Çağrı Mərkəzi 142” MMC-nin “Təcrübəkeçmə fəaliyyətinin tənzimlənməsi”, “Şikayətlərin və birbaşa cavablandırılması mümkün olmayan müraciətlərin araşdırılması” və “Analitik təhlil və hesabatlılıq işinə dair” prosedurlar təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub.

Görüşdə DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabat verilib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi