Asan Aç

Əmək pensiyaları haqqında

Əmək pensiyası -  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

Şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır.

 

Əmək pensiyasının minimum məbləği 2022-ci il 1 yanvar tarixindən 240 manat məbləğində müəyyən olunub

 

Əmək pensiyasının sığorta hissəsinə “Əmək pensiyaları haqqında” qanuna əsasən əlavələr oluna bilər.

Əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir.

Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.

Əmək pensiyası təyin olunduqdan sonra bank kartları avtomatik olaraq sifariş edilir.

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi