Asan Aç

Gümüşü DOST

"Könüllü DOST" proqramı və "Üçüncü Bahar" layihəsinin birgə təşkilatçılığı ilə "Gümüşü DOST" altproqramı pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunması və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyır. Proqram yaşlı vətəndaşların mərkəzlərdə könüllü kimi fəaliyyətə cəlb edilmələrini nəzərdə tutur. İştirakçılar 50 yaşdan yuxarı olduğu təqdirdə “Gümüşü DOST” altproqramına müraciət edə bilərlər.

“Gümüşü DOST” altproqramı üzrə namizədlər onlayn müraciət forması ilə yanaşı birbaşa “DOST” mərkəzlərində müvafiq formanı doldurmaqla müsahibədə iştirak üçün müraciət edə bilirlər. Müraciət forması DOST Agentliyi tərəfindən formalaşdırılır və özündə namizəd barədə tələb olunan zəruri məlumatları əks etdirir. “Gümüşü DOST” altproqramı üzrə cəlb olunan şəxslər üçün müsahibə qiymətləndirməsi onların reinteqrasiya potensialı və ümumi bacarıqları üzrə aparılır. “Gümüşü DOST” altproqramı üzrə cəlb olunan könüllülərin fəaliyyətinin qiymətləndirilməsi müşahidə üsulu ilə aparılır və müşahidələrin nəticəsi barədə könüllülərin idarə edilməsi üzrə məsləhətçi tərəfindən könüllünün fəaliyyətinə dair tövsiyələr verilir. Fəaliyyətin sonunda könüllülər təşəkkürnamə ilə mükafatlandırılır.

“Gümüşü DOST” altproqramı üzrə könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, vətəndaş axının tənzimlənməsi və s. işlərlə məşğul olurlar.

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi