Asan Aç

Layihələr

Texnologiya və biliklərə əlçatanlığın təmin edilməsi, həmçinin həssas qrupların hüquqlarının təbliğ edilməsi yolu ilə davamlı inkişafa nail olmaq üçün Agentlik BƏT, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Sosial Təhlükəsizlik Assosasiyası və Avropa Sosial Şəbəkəsi kimi beynəlxalq institutlarla əməkdaşlıq edir.

 

 

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (BMTƏF) ilə əməkdaşlıq

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə layihəsi olan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: Fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təmin edilməsi”-nin 3-cü komponenti DOST Agentliyi tərəfindən həyata keçirilir. Fəaliyyətlər yaşlı insanların yeni sosial təşəbbüslərə cəlb olunmasına və yeni sosial xidmətlərin təşkil olunmasına əsaslanır:

  • Yaşlı insanlar üçün sosial müdafiə və sosial təminatın bütün sahələri ilə bağlı məsləhət xidmətləri göstərmək, onları yeni texnologiyalardan səmərəli istifadə barədə maarifləndirmək və səlahiyyətləndirmək, uzunmüddətli qayğı imkanları və xidmətləri barədə ən yeni, etibarlı və qərəzsiz məlumatlara malik olmalarını təmin etmək;
  • Yaşlıların təşkilati və intellektual yaddaşına əsaslanaraq onların məsləhət xidmətlərindən yararlanmaq.

Layihə çərçivəsində 19 mindən ən çox iştirakçı əhatə olunub, 46 nəfər 65+ yaşlı şəxs müxtəlif interaktiv formatlarda (video dərslər, vebinarlar) öz təcrübələrini bölüşüb, tam kursda iştirak edən 1000-dən çox gənc sertifikatla təltif olunub və 1050 nəfər yaşlı şəxs evlərində İKT sahəsində savadlılıq təlimlərinə cəlb olunub.

 

 
 
Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi və  Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdikləri “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq 4 saylı Bakı DOST Mərkəzində “İnklüziv İncəsənət Məktəbi” yaradılmışdır. Layihə bir-biri ilə əlaqəli fəaliyyətlər vasitəsilə Dağlıq Qarabağ müharibəsi veteranlarına və əlilliyi olan qadınlara xüsusi diqqət yetirməklə, hüquqlarının təmin edilməsi, ləyaqətinin dəyərləndirilməsi, inklüzivliyin və əlçatanlığın təmin edilməsi üzrə Hökumətin səylərinə dəstək vermək məqsədi daşıyır. Layihənin davamlılığını təmin etmək üçün DOST mərkəzi vasitəsilə təşkilati və informasiya dəstəyi göstərilir, əlilliyi olan şəxslərə yardım məqsədilə könüllülər səfərbər olunur, təmizlik, texniki xidmət, elektrik təminatı, təhlükəsizlik və internet xərcləri qarşılanır.

DOST Agentliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya ölkələri arasında əməkdaşlığın siyasi, iqtisadi, sosial, mədəni, ekoloji və texniki sahələrdə yaradılmış “South-South Galaxy” platformasında unikal DOST modeli haqqında məlumat yerləşdirmək imkanı əldə edib və məlumatın müvafiq formatda hazırlanması mərhələsindədir.

 
 
 
 
 
 
Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) ilə əməkdaşlıq
 

“BSTA Tanınma Proqramı”

Əhaliyə xidmətlərin çatdırılma səviyyəsini və əməliyyatları inkişaf etdirmək üçün DOST Agentliyi 2021-ci ilin avqust ayında BSTA Tanınma proqramına müraciət etmişdir. Agentlik hal-hazırda “Xidmət Keyfiyyəti Təlimatları üzrə İş Kitabı”-nda göstərilənlərə uyğun olaraq, yeni təlimatların təqdimatı, eləcə də mövcud proseslərin optimallaşdırılması istiqamətində zəruri işlər aparır. BSTA Tanınma Proqramı Təlimatlarının ilkin qiymətləndirməsi aparılıb; zəruri sənədlər və əməliyyatlar müəyyən edilib. “Xidmət Keyfiyyəti Təlimatları üzrə İş Kitabı”-nın ilkin versiyası onlayn platforma üzərindən mütəxəssislərin qiymətləndirməsinə təqdim olunmaq üçün hazırlanıb.
 
“BSTA Ən Yaxşı Təcrübə Mükafatı 2022”
 

“Vətəndaş məmnunluğu monitorinq sistemi”, “DOST Agentliyi: ləyaqət və bərabər hüquqlar naminə” və “DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi” ərizələri ilə müsabiqədə iştirak edən DOST Agentliyi “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022” müsabiqəsinin qalibi olub.



 
 
  
 
ADA Universiteti ilə DOST Agentliyi arasında əməkdaşlıq

Qarşılıqlı səmərəli əlaqələrin qurulması məqsədi ilə 21.01.2021-ci il tarixində qurumlar arasında Anlaşma Memorandumu imzalanmışdır. İmzalanmış sənədi əsas götürərək Universitetin və Agentliyin mövcud infrastrukturundan və mütəxəssis bazasından istifadə edərək dövlət sektoru ilə Universitet arasında əlaqələrin inkişaf etdirilməsinə töhfə vermək məqsədi ilə  təlim və tədris, təcrübə, tədqiqat, beynəlxalq tanınma və birgə layihələrin icrası istiqamətində işlər həyata keçirilir.
 
 
 
 
 

Avropa Sosial Şəbəkəsi (ASŞ) ilə əməkdaşlıq

2021-ci ilin mart ayından etibarən DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Şura üzvü olub. Avropa Sosial Şəbəkəsinin (ASŞ) missiyası inkişaf etmiş siyasət və təcrübə yolu ilə insanlara və icmalara fayda gətirmək üçün səhiyyə, təhsil, məşğulluq və sosial inklüzivlik ilə ictimai sosial xidmətlər sahəsində məlumat mübadiləsini inkişaf etdirməkdir.

Agentlik yarandığı tarixdən etibarən təşkilatla sıx əməkdaşlıq qurub, Şura üzvü qismində bir sıra strateji önəmli müzakirələrdə təkliflərlə çıxış edib. Agentlik DOST konsepsiyasını tanıtmaq, digər ölkələrin təcrübəsini öyrənərək sosial təminatı inkişaf etdirmək məqsədilə ASŞ-nin sosial təminat xidmətləri sahəsindəki bütün tədbirlərində, konfranslarında və beynəlxalq müzakirələrində yaxından iştirak edir. DOST Agentliyi 2020-ci il avqust ayında Avropa Sosial Şəbəkəsinin Mükafatı (ASŞM) müsabiqəsində “Haqq və Ləyaqətlə Həyat – Həyatdan daha çox” ərizəsi ilə finalçılar siyahısına salınıb.

DOST Agentliyi 2021-ci ildə “Avropa Sosial Xidmətlər Mükafatı – 2021” müsabiqəsində “Möhtəşəm Komanda” və “Texnologiya Alətləri” kimi 2 müxtəlif kateqoriyada finalçı statusunu qazanıb. Müsabiqədə "Texnologiya alətləri" kateqoriyasında sosial xidmətlərdə smart modelin tətbiqinə görə Avropa Sosial Xidmətlər Mükafatına layiq görülən Agentlik "Möhtəşəm Heyət" kateqoriyasında da Avropa Sosial Xidmətlər Mükafatının qısa siyahısına düşüb.

Müsabiqənin qalibləri münsiflər heyətinin səsləri ilə ictimai səsvermənin nəticəsinin cəmi əsasında müəyyən olunub. 20 mindən çox səs toplayan DOST Agentliyinin qazandığı səslərin təxminən 17 mini təşkilatın üzvü olan Avropa dövlətlərindən daxil olub.

Qeyd edək ki, DOST Agentliyi Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir.

 
 

 

 
 

Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq

DOST Agentliyi və Beynəlxalq Əmək Təşkilatının yerli nümayəndələri və xarici mütəxəssisləri arasında 2020-ci ilin sentyabr ayından etibarən əməkdaşlığa başlanılıb, bir sıra görüşlər və tədbirlərdə birgə iştirak həyata keçirilib. Hazırda Beynəlxalq Əmək Təşkilatı ilə DOST Agentliyi arasında “DOST xidmətlərinin ekspert qiymətləndirilməsi” (peer-review) və “Mediasiya xidmətinin təşkili” istiqamətlərində əməkdaşlıq müzakirə edilir.

 
 

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi