Asan Aç

İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi

1. Xidmətin adı
İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
2. Xidmətin ID nömrəsi
05-02-03-00
3. Xidmətlər üzrə təsnifat
  • Əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

2. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı

3. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı

4. “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 38 nömrəli Qərarı

5. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarı

6. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı

7. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı

8. Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
  • Qeyri-əhali: Hüquqi şəxslər
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • SXA
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • dəqiqə
13. Xidmətin həyata keçirilməsi müddəti
20
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • dəqiqə
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
20
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • dəqiqə
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
0
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
20
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Şəxsiyyət vəsiqəsi
  • VÖEN
23. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)
  1. "DOST" mərkəzinə müraciət edən şəxs əmək məsələləri üzrə növbə götürür.
  2. Növbəsinə uyğun olaraq əmək məsələləri üzrə müvafiq masaya yaxınlaşır.
  3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən (MEİS) elektron məlumatların əldə edilməsi mümkün olmadıqda, müraciət edən şəxs tələb olunan sənədləri sosial agentə təqdim edir.
  4. Sosial agent təqdim edilən sənədlərin tamlığını yoxlayır və şəxsin e-sosial.az portalındakı məlumatlarını nəzərdən keçirir.
  5. Müraciət edən şəxs işçi olduqda, “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə şəxsin aktiv əmək müqaviləsi barədə məlumatlar yoxlanılır.
  6. Müraciət edən şəxs işçi olduqda, “Əlillik” (TSERAS) altsistemi vasitəsilə şəxsin əlillik dərəcəsinin olub-olmaması barədə məlumatlar yoxlanılır.
  7. “Sığorta” altsistemi və ya “taxes.gov.az” portalı vasitəsilə şəxsin işəgötürəninin məcburi dövlət sosial sığorta ödəyicisi olub-olmadığı müəyyən edilir.
  8. Sosial agent müraciət istiqaməti üzrə işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsini həyata keçirir.
24. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
25. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Əmək müqaviləsi bildirişi” altsistemi
  • “Əlillik” (TSERAS) altsistemi
  • “Sığorta” altsistemi
  • “Vətəndaşların qəbulu” altsistemi
26. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Elektronlaşdırılmayan
27. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Avtomatlaşdırılmayan

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi