Asan Aç

Xaricdə yaşayan Azərbaycan Respublikasının vətəndaşına əmək pensiyasının təyin edilməsi

1. Xidmətin adı
Xaricdə yaşayan Azərbaycan Respublikasının vətəndaşına əmək pensiyasının təyin edilməsi
2. Xidmətin ID nömrəsi
05-01-09-00
3. Xidmətlər üzrə təsnifat
  • Əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Proaktiv formada
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • DSMF
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • gün
13. Xidmətin həyata keçirilməsi müddəti
10
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • gün
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
2
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
8
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
10
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu
  • Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər (əmək kitabçası, hərbi bilet (olduğu halda))
  • Əmək pensiyasının təyin ediləcəyi növündən asılı olaraq tələb olunan sənədlər

Qeyd: MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.

23. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)

Qeyd: Xaricdə yaşayan vətəndaş müvafiq sənədləri Azərbaycan Respublikasının həmin ölkədəki konsulluğuna təqdim edir. Konsulluq sənədləri XİN vasitəsilə “DOST” mərkəzinə yönəldir.

  1. “DOST” mərkəzinə müraciət edən şəxs pensiya istiqaməti üzrə növbə götürür.
  2. Növbəsinə uyğun olaraq pensiya üzrə müvafiq masaya yaxınlaşır.
  3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən (MEİS) elektron məlumatların əldə edilməsi mümkün olmadıqda, müraciət edən şəxs tələb olunan sənədləri sosial agentə təqdim edir.
  4. Sosial agent təqdim edilən sənədlərin tamlığını yoxlayır və şəxsin e-sosial.az portalındakı məlumatları nəzərdən keçirir.
  5. “Pensiya” altsistemi vasitəsilə müraciət edən şəxsin əmək pensiyaçısı olması barədə məlumatlar yoxlanılır.
  6. “Sosial ödənişlər” altsistemi vasitəsilə şəxsin sosial müavinət alması barədə məlumatlar yoxlanılır.
  7. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə  şəxsin əlillik dərəcəsinin olub-olmaması barədə məlumatlar yoxlanılır.
  8. e-sosial.az portalı vasitəsilə şəxsin fərdi şəxsi hesabında olan pensiya kapitalı barədə məlumatlar yoxlanılır.
  9. “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə şəxsin aktiv əmək müqaviləsi barədə məlumatlar yoxlanılır.
  10. “Sığorta” altsistemi vasitəsilə şəxsin məcburi dövlət sosial sığorta ödəyicisi olub-olmadığı müəyyən edilir.
  11. MEİS-in müvafiq altsistemlərindən əldə edilmiş məlumatlar müraciətə əlavə edilir.
  12. Müvafiq qərarın qəbul edilməsi üçün müraciət sosial agent tərəfindən kargüzarlıq edilərək aidiyyəti üzrə Nazirliyin müvafiq struktur bölmələrinə göndərilir.
  13. Müraciət yekunlaşdırılır və müraciəti təsdiq edən bildiriş iki nüsxədə çap edilərək bir nüsxəsi şəxsə təqdim edilir.
  14. Xidmətin göstərilmə müddətinin bitməsinə ən azı bir iş günü qalmış müraciət edən şəxsin e-sosial.az portalındakı şəxsi kabinetinə qəbul edilən qərar barədə məlumat müvafiq struktur bölmə tərəfindən yerləşdirilir.
24. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • e-sosial.az
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
25. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Sənəd dövriyyəsi” altsistemi
  • “Əmək müqaviləsi bildirişi” altsistemi
  • “Sosial ödənişlər” altsistemi
  • “Əlillik” (TSERAS) altsistemi
  • “Sığorta” altsistemi
  • “Pensiya” altsistemi
  • “Vətəndaşların qəbulu” altsistemi
26. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Qismən
27. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Avtomatlaşdırılmayan

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi