Asan Aç

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi

1. Xidmətin adı
Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi
2. Xidmətin ID nömrəsi
05-02-01-04
3. Xidmətlər üzrə təsnifat
  • Əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Proaktiv formada
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • DSMF
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • gün
13. Xidmətin həyata keçirilməsi müddəti
10
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • gün
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
2
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
8
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
10
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Şəxsiyyəti təsdiq edən sənəd
  • Cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı
  • Məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti

Qeyd: MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.

23. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)
  1. "DOST" mərkəzinə müraciət edən şəxs sosial müavinətlər istiqaməti üzrə növbə götürür.
  2. Növbəsinə uyğun olaraq sosial müavinətlər istiqaməti üzrə müvafiq masaya yaxınlaşır.
  3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən (MEİS) elektron məlumatların əldə edilməsi mümkün olmadıqda, müraciət edən şəxs tələb olunan sənədləri sosial agentə təqdim edir.
  4. Sosial agent təqdim edilən sənədlərin tamlığını yoxlayır və şəxsin e-sosial.az portalındakı məlumatlarını nəzərdən keçirir.
  5. “Sosial ödənişlər” altsistemi vasitəsilə şəxsin daha əvvəl müvafiq sosial müavinəti alması barədə məlumatlar yoxlanılır.
  6. MEİS-in müvafiq altsistemlərindən əldə edilmiş məlumatlar müraciətə əlavə edilir.
  7. Müvafiq qərarın qəbul edilməsi üçün müraciət sosial agent tərəfindən kargüzarlıq edilərək aidiyyəti üzrə Nazirliyin müvafiq struktur bölmələrinə göndərilir.
  8. Xidmətin göstərilmə müddətinin bitməsinə ən azı bir iş günü qalmış müraciət edən şəxsin e-sosial.az portalındakı şəxsi kabinetinə qəbul edilən qərar barədə məlumat müvafiq struktur bölmə tərəfindən yerləşdirilir.
24. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • e-sosial.az
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
25. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Sənəd dövriyyəsi” altsistemi
  • “Sosial ödənişlər” altsistemi
  • “Vətəndaşların qəbulu” altsistemi
26. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Tam
27. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Avtomatlaşdırılmayan

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi