Asan Aç

İnsan alveri qurbanlarının sosial reabilitasiyasının təşkil edilməsi

1. Xidmətin adı
İnsan alveri qurbanlarının sosial reabilitasiyasının təşkil edilməsi
2. Xidmətin ID nömrəsi
01-09-05-00
3. Xidmətlər üzrə təsnifat
  • Sosial xidmət sahəsində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. 30 dekabr 2011-ci il tarixli, 275-IVQ nömrəli “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu

2. 28 iyun 2005-ci il tarixli, 958-IIQ nömrəli "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu

3. “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli Qərarı

4. “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 noyabr 2013-cü il tarixli 320 nömrəli Qərarı

5. "İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli Qərarı

6. "İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 noyabr tarixli 180 nömrəli Qərarı

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • SXA
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • gün
13. Xidmətin həyata keçirilməsi müddəti
1
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • dəqiqə
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
20
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
1
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
20
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • İnsan alveri qurbanının şəxsiyyətini təsdiq edən sənəd
23. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)

1. İnsan alveri qurbanı olan şəxs, onun arzusu nəzərə alınmaqla, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər "DOST" mərkəzinə müraciət edir.

2. Mərkəzin hüquqşünası və psixoloqu tərəfindən insan alveri qurbanı olan şəxslə sosial reabilitasiya və sosial müdafiənin təşkili məqsədilə söhbət aparılır, sosial reabilitasiyaya olan ehtiyacı müəyyənləşdirilir.

3. Mərkəzin Sosial xidmət məsələləri üzrə sosial agenti müraciəti qeydiyyata alır və şəxsin sosial yardım mərkəzinə və ya insan alveri qurbanları üçün sosial sığınacağa yerləşdirilməsinə qərar verilməsi üçün anonimlik qorunmaq şərtilə müraciət aidiyyəti üzrə arxa ofisə göndərilir.

4. Şəxsin insan alveri qurbanı olması barədə hüquq-mühafizə orqanlarına məlumat verilir.

24. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
25. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Vətəndaşların qəbulu” altsistemi
26. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Elektronlaşdırılmayan
27. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Avtomatlaşdırılmayan

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi