Asan Aç

İmtiyazlı şəxslərin sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin edilməsi

1. Xidmətin adı
İmtiyazlı şəxslərin sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin edilməsi
2. Xidmətin ID nömrəsi
01-09-07-00
3. Xidmətlər üzrə təsnifat
  • Sosial xidmət sahəsində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası
  1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanunu
  2. "Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı
6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Proaktiv formada
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • SXA
  • DOST Agentliyi
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • gün
13. Xidmətin həyata keçirilməsi müddəti
2
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • gün
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
2
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
0
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
10
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Şəxsiyyət vəsiqəsi
  • İmtiyazlı şəxs olduğunu təsdiq edən sənəd
23. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)

1. "DOST" mərkəzinə müraciət edən şəxs sosial xidmətlər istiqaməti üzrə növbə götürür.

2. Növbəsinə uyğun olaraq sosial xidmətlər üzrə müvafiq masaya yaxınlaşır və sənədləri sosial xidmətlər üzrə sosial agentə təqdim edir.

3. Mərkəzin sosial xidmət məsələləri üzrə sosial agenti tərəfindən sənədlərin tamlığı yoxlanılır.

4. Şəxs müalicə putyovkası üçün müraciət etdiyi təqdirdə sosial agent tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə müraciət edən şəxsin (istirahət putyovkası üçün müraciət edənlər istisna olmaqla) işləyib-işləməməsi yoxlanılır.

5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə sosial agent müraciət edən şəxsin əlilliyi haqqında məlumatları yoxlayır.

6. Altsistemlər vasitəsilə məlumatlar yoxlanıldıqdan sonra şəxs müraciət ərizəsi yazır (zərurət yarandıqda DOST könüllüləri tərəfindən vətəndaşa köməklik göstərilir).

7. Ərizənin elektron surəti və altsistemlərdən alınan məlumatlar müraciətə əlavə edilir.

8. Müraciət sanatoriya-kurort putyovkası ilə təmin edilməsi üçün sosial agent tərəfindən növbə siyahısına əlavə edilir.

9. Növbəlilik prinsipinə uyğun olaraq müraciət etmiş şəxsin növbəsi çatdıqda sosial agent tərəfindən şəxsə bu barədə məlumat verilir və müvafiq qərar qəbul edilir.

10. Qəbul edilmiş qərar barədə məlumat müraciət edən şəxsin E-sosial portalındakı şəxsi kabinetində yerləşdirilir.

24. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • e-sosial.az
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
25. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Sənəd dövriyyəsi” altsistemi
  • “Əmək müqaviləsi bildirişi” altsistemi
  • “Əlillik” (TSERAS) altsistemi
  • “Vətəndaşların qəbulu” altsistemi
  • "Sanatoriya-kurort” altsistemi
26. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Tam
27. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Tam

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi