Asan Aç

Təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqların sosial xidmət müəssisələrinə qəbul edilməsi

1. Xidmətin adı
Təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqların sosial xidmət müəssisələrinə qəbul edilməsi
2. Xidmətin ID nömrəsi
01-09-08-00
3. Xidmətlər üzrə təsnifat
  • Sosial xidmət sahəsində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. 30 dekabr 2011-ci il tarixli, 275-IVQ nömrəli “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu

2. “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 noyabr 2013-cü il tarixli, 320 nömrəli Qərarı

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • SXA
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • gün
13. Xidmətin həyata keçirilməsi müddəti
10
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • gün
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
2
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
8
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
10
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Uşağın şəxsiyyətini təsdiq edən sənəd
  • Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış
  • Uşağın əlilliyini müəyyən edən TSEK-in qərarı. (“Əlillik” (TSERAS) altsistemindən elektron məlumatın əldə edilməsi mümkün olmadıqda)
  • Uşağın yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış
  • 3x4 ölçüdə 2 ədəd fotoşəkil
23. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)

1. Sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək təhsilə cəlb olunmayan uşaqların dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər müraciət edir.

2. "DOST" mərkəzinə müraciət edən nümayəndə sosial xidmətlər istiqaməti üzrə növbə götürür.

3. Növbəsinə uyğun olaraq sosial xidmətlər üzrə müvafiq masaya yaxınlaşır.

4. Vətəndaş sənədləri sosial xidmətlər üzrə sosial agentə təqdim edir.

5. Mərkəzin Sosial xidmət məsələləri üzrə sosial agenti tərəfindən sənədlərin tamlığı yoxlanılır.

6. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə sosial agent uşağın sağlamlıq imkanlarının məhdudluğu haqqında məlumatları yoxlayır.

7. Sənədlərin tamlığı yoxlanıldıqdan sonra nümayəndə müraciət ərizəsi yazır (zərurət yarandıqda "DOST" könüllüləri tərəfindən vətəndaşa köməklik göstərilir).

8. Ərizənin elektron surəti və altsistemlərdən alınan məlumatlar müraciətə əlavə edilir.

9. Müraciət sosial agent tərəfindən sağlamlıq imkanları məhdud uşağın sosial xidmət müəssisəsinə yerləşdirilməsinə qərar verilməsi üçün aidiyyəti üzrə arxa ofisə, Sosial Xidmətlər Agentliyinə göndərilir.

10. Xidmətin göstərilmə müddətinin bitməsinə ən az bir iş günü qalmış sosial agent tərəfindən vətəndaşın E-sosial portalındakı şəxsi kabinetinə məlumat yerləşdirilir.

24. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • e-sosial.az
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
25. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Sənəd dövriyyəsi” altsistemi
  • “Əlillik” (TSERAS) altsistemi
  • “Vətəndaşların qəbulu” altsistemi
26. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Elektronlaşdırılmayan
27. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Avtomatlaşdırılmayan

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi