Asan Aç

Xəstəlik və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərin (ailələrin) sosial xidmət müəssisələrinə qəbul edilməsi

1. Xidmətin adı
Xəstəlik və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərin (ailələrin) sosial xidmət müəssisələrinə qəbul edilməsi
2. Xidmətin ID nömrəsi
01-09-09-00
3. Xidmətlər üzrə təsnifat
  • Sosial xidmət sahəsində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. 30 dekabr 2011-ci il tarixli, 275-IVQ nömrəli “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu

2. “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 noyabr 2013-cü il tarixli, 320 nömrəli Qərarı

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • SXA
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • gün
13. Xidmətin həyata keçirilməsi müddəti
15
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • gün
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
2
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
13
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
15
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Şəxsiyyəti təsdiq edən sənəd
  • Şəxsin əlilliyini təsdiq edən TSEK-in qərarı (müayinə aktından çıxarış)
  • Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış
  • 3x4 ölçüdə 2 ədəd fotoşəkil
  • Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış
  • Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özlərinin əsas həyati tələbatlarını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslərə münasibətsdə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
  • Şəxsə baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcəkləri barədə ərizələri

Qeyd: MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.

23. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)

1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) və ya onların qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxslərin razılığı ilə digər şəxslər sosial xidmət müəssisəsinə yerləşdirilmələri üçün müraciət edə bilər.

2. "DOST" mərkəzinə müraciət edən şəxs və ya nümayəndəsi sosial xidmətlər istiqaməti üzrə növbə götürür.

3. Növbəsinə uyğun olaraq sosial xidmətlər üzrə müvafiq masaya yaxınlaşır və sənədləri sosial xidmətlər üzrə sosial agentə təqdim edir.

4. Mərkəzin Sosial xidmət məsələləri üzrə sosial agenti tərəfindən sənədlərin tamlığı yoxlanılır.

5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə sosial agent müraciət edən şəxsin əlilliyi haqqında məlumatları yoxlayır.

6. Müraciət edən şəxs (və ya nümayəndə) müraciət ərizəsi yazır (zərurət arandıqda DOST könüllüləri tərəfindən vətəndaşa köməklik göstərilir).

7. Ərizənin elektron surəti və altsistemlərdən alınan məlumatlar müraciətə əlavə edilir.

8. Müraciət sosial agent tərəfindən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə qərar verilməsi üçün aidiyyəti üzrə arxa ofisə göndərilir.

9. Xidmətin göstərilmə müddətinin bitməsinə ən az bir iş günü qalmış sosial agent tərəfindən müraciət edən şəxsin E-sosial portalındakı şəxsi kabinetinə arxa ofis tərəfindən qəbul edilmiş qərar barədə məlumat yerləşdirilir.

24. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • e-sosial.az
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
25. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Sənəd dövriyyəsi” altsistemi
  • “Əlillik” (TSERAS) altsistemi
  • “Vətəndaşların qəbulu” altsistemi
26. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Elektronlaşdırılmayan
27. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Avtomatlaşdırılmayan

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi