Bütün “DOST” mərkəzlərində əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya xidmətinin göstərilməsi ilə bağlı müraciətlər qəbul edilir.
5 saylı Bakı “DOST” Mərkəzində mediator tərəfindən mediasiya sessiyalarının keçirilməsi məqsədi ilə xüsusi otaqlardan ibarət “Mediasiya məkanı” təşkil edilir.
Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng (“ƏN TEZ”) xidməti hazırda DOST Agentliyinin 1 və 3 saylı Bakı DOST Mərkəzində istifadəyə verilmişdir.
Bu xidmət vasitəsilə vətəndaşlar notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, ailə məsələləri üzrə məhkəməyə müraciət, habelə tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası xidmətlərindən istifadə edə bilirlər. Smart konsepsiya əsasında fəaliyyət göstərən “ƏN TEZ” xidmət sistemi biometrik eyniləşdirmə imkanına malik olduğundan müraciət edən şəxsin hər hansı bir portalda qeydiyyatı və ya elektron imza sahibi olması tələb edilmir.
| Bunları bilmək lazımdır |
| Qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumlarından başqa ödəniş tələb olunmur. |
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi