Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi (bundan sonra – Müəssisə) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan şəxslərin, məişət zorakılığından zərər çəkmiş şəxslərin, habelə görmə qabiliyyəti məhdudluğu olan 5-35 yaşlı şəxslərin (bundan sonra – şəxslər) sosial reabilitasiyasının həyata keçirilməsi, onlara sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətlərinin, sosial-məsləhət yardımının göstərilməsi, həmçinin müəssisəyə stasionar formada qəbul edilmiş bu kateqoriyalardan olan şəxslərin reabilitasiya müddətində müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün nəzərdə tutulmuş yarımstasionar və stasionar sosial xidmətin göstərilməsini, qaynar xətt vasitəsi ilə həssas əhali qrupundan olan şəxslər üçün sosial-məsləhət xidmətinin təşkilini, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin göstərilməsini təmin edən publik hüquqi şəxsdir.
Müəssisə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km. “33 A” ünvanında yerləşir.
Yoluxucu və psixi xəstəlikləri, həmçinin vaxtaşırı epileptik tutmaları olan şəxslər müəssisəyə qəbul edilmir.
Müəssisədə şəxslərin reabilitasiya müddəti 180 (yüz səksən) gündən çox olmamaqla müəyyən edilir (reabilitasiya prosesinin nəticəsindən asılı olaraq, Sosial Xidmətlər Agentliyinin razılığı ilə müddətin uzadılması halları istisna olmaqla).
Müəssisəyə qəbul edilmələri məqsədilə uşaqlar şəxsən özləri və ya şəhər, rayon polis orqanının və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın səlahiyyətli nümayəndəsi, bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə uşağın razılığı ilə digər şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə müraciət edirlər.
Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların dövlət sosial xidmət müəssisələrinə (sosial sığınacaq) yerləşdirilməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq aşağıda qeyd olunan sənədlər əsasında baxılır:
| Tələb olunan sənədlərin siyahısı | |
| 1 |
Yetkinlik yaşına çatmayanın yazılı və ya şifahi müraciəti |
| 2 |
Yetkinlik yaşına çatmayanın arzusunun nəzərə alınması onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla, 10 yaşına çatmış yetkinlik yaşına çatmayanın arzusu nəzərə alınmaqla, onun valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslərin müraciətləri |
| 3 |
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın müraciəti |
| 4 |
Sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanların onlar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi haqqında şəhər, rayon polis orqanının qərarı |
(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın 2.3-cü bəndinə uyğun olaraq)
Şəxslərin sosial reabilitasiyasının həyata keçirilməsi məqsədi ilə hər bir şəxs üçün müəssisə tərəfindən razılaşdırılmış sosial xidmət göstərilməsinə dair fərdi plan tərtib edilir.
Müəssisə tərəfindən qəbul edilmiş şəxslərin sosial reabilitasiyası məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
Şəxslərin müəssisəyə qəbulu onların şəxsən və ya Azərbaycan Respublikasının daxili işlər orqanlarının və ya yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin belə şəxsləri müəyyənləşdirərək həmin orqanların səlahiyyətli nümayəndələrinin bu orqanların göndərişləri əsasında şəxslərin müəssisəyə qəbul edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə müraciətlərinə əsasən həyata keçirilir.
| Tələb olunan sənədlərin siyahısı | |
| 1 |
Ərizə |
| 2 |
Şəxsiyyəti təsdiq edən sənəd |
| 3 |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsin olduğu yer üzrə şəhər, rayon polis orqanları tərəfindən verilmiş şəxsin yaşayış yerinin olmaması barədə arayış) |
| 4 |
Aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış |
| Bunları bilmək lazımdır |
|
Şəxsin müəssisəyə qəbul edilməsinə maneə yaradan xəstəliklərin olub-olmamasının müəyyən edilməsi məqsədilə şəxs, tibb məntəqəsinə yönləndirilir və tibbi müayinənin nəticəsinə əsasən (cari vəziyyətdə yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə) şəxsin sağlamlığı haqqında tibbi arayış təqdim edilir. Tələb olunan tibbi sənəd - arayışa əsasən, sağlamlığı aşkar şübhə doğuran şəxslər ixtisaslaşdırılmış müalicə müəssisələrinə göndərilirlər. |
Müəssisəyə qəbul olunmaq üçün uşaqların valideynləri (və ya qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə müraciət edirlər.
| Tələb olunan sənədlərin siyahısı | |
| 1 |
Ərizə |
| 2 |
Şəxsiyyəti təsdiq edən sənəd |
| 3 |
Şəxsin görmə imkanı məhdudluğunu təsdiq edən tibbi-sosial ekspert komissiyasının sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi barədə qərarından çıxarış (bu sənəd elektron informasiya ehtiyatlarından elektron sənəd şəklində əldə etmək mümkün olmadıqda tələb edilir) |
| 4 |
Aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış |
Məişət zorakılığından zərər çəkmiş şəxslər (bundan sonra - zərər çəkmiş şəxslər) sosial-hüquqi, tibbi-sosial, sosial məişət xidmətlərinin, habelə sosial-məsləhət yardımının göstərilməsi məqsədi ilə yardım mərkəzlərinə qəbul edilirlər.
Yardım mərkəzlərində şəxsiyyətin konfidensiallığı təmin edilməklə, zərər çəkmiş şəxsin xahişi (razılığı) ilə ona zəruri yardım göstərilir, müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin olunur, habelə psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun aparılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərilir.
Yardım mərkəzlərinin fəaliyyət istiqamətlərinə zərər çəkmiş şəxslərə psixoloji və hüquqi yardımın göstərilməsi, pozulmuş və yaxud itirilmiş funksiyaların bərpasına yönəlmiş müalicəvi tədbirlərin həyata keçirilməsi, onların zorakılıqdan aldıqları xəsarətlər nəticəsində yaranmış psixoloji, fizioloji və anatomik pozuntularının tam və ya qismən bərpa edilməsi, habelə zərər çəkmiş şəxslərin müvəqqəti sığınacaqla təmin edilməsi və onların ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün tədbirlərin həyata keçirilməsi daxildir.
Yardım mərkəzlərində həmçinin zərər çəkmiş şəxslərin işlə təmin edilmələrinə, yeni peşələrə yiyələnmələrinə, habelə zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasına və sosial ödənişlərin alınmasında müvafiq köməklik göstərilir.
Zərər çəkmiş şəxslərin müvəqqəti sığınacaqla təmin edilməsi və onların ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün tədbirlərin həyata keçirilməsi də Yardım mərkəzlərinin fəaliyyət istiqamətlərinə daxildir.
Yardım mərkəzlərində reabilitasiya tədbirləri qəbul edilmiş hər bir şəxs üçün tərtib edilmiş fərdi sosial reablitasiya planına əsasən həyata keçirilir.
Yardım mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Müəssisəyə qəbul olunmaq üçün şəxslər, habelə həmin şəxsin razılığı ilə qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları və ya digər şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə müraciət edirlər.
| Bunları bilmək lazımdır | |
|
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi