Evdə (səyyar) sosial xidmət göstərilməsi

Evdə (səyyar) sosial xidmət nədir?

Evdə (səyyar) sosial xidmət - əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada göstərilən xidmətdir.

Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 22 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası”nın 1.2-ci bəndinə uyğun olaraq şəxsə (ailəyə) qulluq və kömək göstərə biləcək qohumlar dedikdə - əmək qabiliyyətli babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.

Kimlər ahıl şəxs hesab edilir?

“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşı 70-ə çatmış şəxslər ahıl şəxs hesab edilir.

Evdə (səyyar) sosial xidmət göstərilməsi üçün müraciət edilməsi

Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, əlilliyi olan şəxslər, xəstəliyin terminal (son) mərhələsində olan şəxslər evdə (səyyar) sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” ərizə ilə müraciət edirlər.

 

Tələb olunan sənədlərin siyahısı

1

Şəxsiyyəti təsdiq edən sənəd;

2

Tibb müəssisələri tərəfindən verilmiş tibbi arayış;

3

Şəxsin əlilliyini müəyyən edən TSEK-in qərarı (bu sənəd elektron informasiya ehtiyatlarından elektron formada əldə etmək mümkün olmadıqda tələb edilir).

 

Müraciətə baxılması və cavablandırılması

Sosial xidmətin göstərilməsi barədə müraciət daxil olduğu gündən sonra, 10 (on) iş günü müddətində sosial işçi tərəfindən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi həyata keçirilir.

Bundan əlavə, şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi üçün yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (şəxsin valideynləri, özü və övladları barədə) və digər aidiyyəti qurumlara sorğu göndərilir, zəruri məlumatlar olmadıqda yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin, mənzil istismar sahələrinin nümayəndələrinin, çoxmənzilli binaları idarə edən şəxslərin, eləcə də şəxsin qonşularının iştirakı ilə şəxsin qohumları barədə sosial işçi tərəfindən akt tərtib olunur.

Sorğunun və ya aktın nəticələri, eyni zamanda sosial xidmətə olan tələbatın qiymətləndirilməsi əsasında şəxsin sosial xidmətə ehtiyacının və şəxsə qulluq və kömək göstərə biləcək qohumların olub-olmamasını özündə əks etdirən hesabat hazırlanır.

Sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən sonra, 5 (beş) iş günü müddətində yerli qurum və ya mərkəz tərəfindən sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar qəbul olunur. Dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi barədə qərar qəbul edildiyi gündən şəxs (ailə) sosial xidmətə götürülür və 5 iş günü ərzində sosial işçi tərəfindən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır.

 

Evdə (səyyar) sosial xidmət ödənişli əsaslarla göstərilir?

Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) evlərdə sosial xidmət zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir.

Aşağıdakı cədvəldə ödənişsiz sosial xidmətlər qeyd olunmuşdur

Xidmətlər

Xidmətin sayı (aylıq)

Xidmətin müddəti (saatla)

Yemək hazırlanmasına kömək etmək (o cümlədən, dietik yeməklər), özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması

8 dəfə

1 saat 20 dəq.

Zəruri ərzaq, sənaye və məişət mallarının alınması

4 dəfə

30 dəq.

Mənzillərin yığışdırılması və təmizlənməsi

4 dəfə

1 saat

Yataq və geyim əşyalarının yuyulması və ütülənməsi

4 dəfə

1 saat 30 dəq.

Mənzil pulunun və digər kommunal xərclərin ödənilməsinin təşkil edilməsi

1 dəfə

30 dəq.

İstiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlanılması

Xidmət müddətində

 

 

Evə həkimin çağırılması

Xidmət müddətində

 

 

Həkimin təyinatı ilə aptekdən dərman alınması

Xidmət müddətində

 

 

Sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərilməsi

 Xidmət müddətində

 

 

 

Evdə (səyyar) göstərilən sosial xidmətin dayandırılması

Aşağıdakı hallarda evdə (səyyar) sosial xidmət göstərilməsi dayandırılır:

 

Bunları bilmək lazımdır

Eyni yaşayış sahəsində yaşayan ər-arvada, valideyn-övlada və bacı-qardaşa 1 (bir) sosial xidmətçi tərəfindən sosial məişət xidməti göstərilir.

Evdə reabilitasiya xidmətləri göstərilməsi üçün əlilliyi olan şəxslər ayrıca qeydə alınırlar.

İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilmir.

 

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi