Asan Aç

Satınalmalar

1 saylı Bakı DOST Mərkəzinin inzibati binasının şüşə və fasad örtüyünün il ərzində 4 dəfə yuyulması işlərinin kotirovka sorğusu

16 oktyabr 2020

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı Bakı DOST Mərkəzinin inzibati binasının şüşə və fasad örtüyünün il ərzində 4 dəfə yuyulması işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) digər zəruri sənədlər 22 oktyabr 2020-ci il saat 18:00-dək Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ofisinə təqdim olunmalıdır. (telefon: 012 525-50-26) Zərflər 23 oktyabr 2020-ci il saat 11:00-da həmin ünvanda açılacaqdır.

Maraqlananlar müvafiq məlumatları 1 saylı Bakı DOST mərkəzinin AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi