Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən proqram təminatı lisenziyalarının satın alınması
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs – Aysel İlyasova (0125255026 #9234)
İştirak haqqı : Lot üzrə 450 (dörd yüz əlli) manat
Satınalan təşkilat: VÖEN: Bank: Kod: Müxbir Hesabı: VÖEN: SWIFT H/hesabı: |
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 1305817761 Azərbaycan Beynəlxalq Bankı ASC Yasamal filialı 805562 AZ03NABZ01350100000000002944 9900001881 IBAZAZ2X AZ59IBAZ38090019446221732216 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 26.04.2022-ci il saat 16:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 06.05.2022-ci il 16:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 10.05.2022-ci il saat 16:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi