Asan Aç

Satınalmalar

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi açıq tenderə dəvət edir

20 oktyabr 2022

DOST Agentliyi və tabeliyində olan təşkilatların maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi, müstəqil audit rəyinin verilməsi, məsləhət və təlim xidmətlərinin satın alınması.

       Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs – Aysel İlyasova (0125255026 #9234)

  İştirak haqqı :                Lot üzrə 450 (dörd yüz əlli) manat

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.


      İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır);
  3. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
  4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (elan tarixindən sonrakı arayış təqdim edilməli,sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);
  5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2021-ci il üzrə);
  6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);
  7. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;
  8. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
  9. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Statistika Komitəsindən alınmalıdır. Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);
  10. Orta və iri sahibkarlıq subyektləri,həmçinin dövlət təşkilatlarında auditin aparılması üzrə iş təcrübəsini təsdiq edən sənədlər (büdcə və ya fərdi sahibkarlarla müqavilələrin surətləri və təsdiqlənmiş təhvil-təslim aktları);
  11. İddiaçı audit sahəsində peşəkarlığını və iş təcrübəsini, eləcə də texniki imkanlarını, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən açıqlanan siyahıda ölkədə fəaliyyət göstərən auditorların reytinq balının 3500-dən yuxarı olmağını əks etdirən məlumatlar təqdim edilməlidir. İddiaçılar öz təkliflərini geniş təqdim etməli, keçirəcəyi audit yoxlamasının metodoloji yanaşması barədə məlumat verməli, audit yoxlaması üzrə iş qrafikini, o cümlədən yoxlamaya cəlb olunacaq mütəxəssislərin qısa tərcümeyi halını (curriculum vitae) əlavə etməlidirlər. Eyni zamanda təqdim olunan ekspertlərin iddiaçının əməkdaşı olmasını təsdiq edən sənəd (e-gov.az portalından iş yeri barədə arayış) əlavə olunmalıdır;
  12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən alınmış məhkumluq ilə bağlı arayış);
  13. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Auditor xidməti ilə məşğul olmaq üçün lisenziya təqdim edilməlidir(sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir);
  14. Auditorun peşə məsuliyyətinin sığortası şəhadətnaməsi.

 

 

 

            Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 15.11.2022-ci il saat 16:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 23.11.2022-ci il 16:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 24.11.2022-ci il saat 16:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.  

 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi